hia.az
hia.az

İşgüzar fəaliyyət baxımından uğurlu gündür - BÜRCLƏR

55 dəfə baxılıb 16-08-2023, 08:08

İşgüzar fəaliyyət baxımından uğurlu gündür - BÜRCLƏR


Qoç - məqsəd və hədəfləri dəqiqləşdirin. Ani hisslərə uysanız, sizi böyük uğura və ya nailiyyətə aparan yoldan sapa bilərsiniz.

Yarımçıq işləri başa vurun, tənbəllik və süstlük etməyin.

Günün ikinci yarısında şirin vədlərə və reallıqdan çox uzaq təkliflərə aldanmayın. Yaxınlarınız sizi dəstəkləməyəcəklər.

Sevdiyiniz insanın qayğısına qalın.

Buğa - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Mühüm saydığınız istiqaməti seçin, önəmli işi bəlirləyin. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Nigaranlıq və təşvişdən uzaq olun.

Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil. Haqqında müsbət fikirdə olduğunuz insan etimadınızı doğrultmayacaq. Münasibətlərə aydıqlıq gətirmək, yığılıb qalmış problemləri birgə həll etmək cəhdləri yaxşı heç nə vəd etmir.

Əkizlər - yalnız özünüzə güvənin. Yardım və dəstək gözləməyin. Kiməsə üz tutsanız, onun yardımı problemlərin sayını daha da artıra bilər. Yaxın müttəfiqlərlə münasibətlərdə çətinliklər yarana bilər.

Sərt tənqidlərə izafi fikir verərək əhvalınızı pozmayın.

Günün ikinci yarısında əsəblər tarıma çəkiləcək. Bu isə başağrı, yuxusuzluq, xroniki ağrıların kəskinləşməsi təki fəsadlar ehtimalını gücləndirir. Səhhətinizə fikir verin. Kənar təsirlərə uymayın, təxribatlara fikir verməyin.

Xərçəng - yaxşı gündür. Narahat olmayın, hər şey normal olacaq. Hətta ümidsiz, çıxış yolunun olmadığını düşündüyünüz işlərdə irəliləyişə nail ola bilərsiniz. "Diplomatik missiya"ların öhdəsindən gələcəksiniz. Küsənləri barışdırmaq, bir-birlərinə qarşı çoxsaylı iddiaları və iradları olan insanları sakitləşdirmək çətin deyil.

Günün ikinci yarısında istənilən qarşıdurmanı danışıqlarla həll etmək olar.

Fəqət, bütün diqqəti başqalarının problemlərinin həllinə yönəldərək öz işlərinizi unutmayın.

Axşam saatlarına yaxın situasiya normallaşmağa başlayacaq.

Şir - bütün diqqəti işlərə yönəldin. Ev işləri və şəxsi münasibətlərdəki problemlərin həlli ilə məşğul olmaq mümkündür. Sizi narahat edəcək, nigaranlıq yaradacaq xəbər alacaqsınız. Əndişəniz səbəbsiz deyil.

Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində çətinliklər istisna deyil. Mövqelərinizin düşündüyünüz kimi, səbatlı və möhəm olmadığını anlayacaqsınız. Rəqibləri sürətlə, dərhal üstələmək istəyiniz irrealdır. Hiyləgər və fəndgir olun, uğurlu strategiya hazırlayın.

Qız - işlər və həllini tələb edən problemlər çoxdur. Adi günlərdən fərqli olaraq yaxın ətrafınızdakı insanlar israrla sizə öz yardımlarını təklif edirlər. Bəzilərinin xətrinə dəymədən dəstəkdən imtina etmək olar. Amma bəzi adamların işlərinizə qarışması ilə barışmalısınız. Səbrli olun, aqressiv davranmayın.

Günün ikinci yarısında fiziki işlərdə xeyir var. Təcrübəli insanın dediklərini qulaqardına vurmayın. Yaxşı tanımadığınız insana inanmağınız zərər verə bilər.
Ətraflı

Tərəzi - birmənalı olmayan gündür. Başladığınız işləri yarımçıq qoymayın. Hansısa problemin həllində nəticələrə tezliklə nail olacağınızı düşünürsünüzsə, yanılırsınız. Cansıxıcı, rutin, yeknəsək işləri təxirə salmayın. Kobud səhvlərə yol verməməyə çalışın. Di gəl, bütün səylərə rəğmən, yanlışlıqlardan tam sığortalanmaq mümkün deyil.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar səhvlərinizi sadalayacaq, sizi sərt tənqid edəcəklər. Uğurlarınızı isə kimsə görmək istəmir.

Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri güclənəcək. Yaşamınızda köklü dəyişikliklərə can atmayın. Uğursuz situasiyadan aramla çıxın, düşünülməmiş addımlar atmayın.

Əqrəb - yeni tərəfdaşlıqlar və işbirliyi üçün əlverişli gün deyil. Bu gün qarşılaşacağınız insanlar problemlərini sizinlə bölüşəcəklər. Əldə etdiyiniz pulları xərcləyərkən qənaətcil olun. Alış-verişdə ifrat simicliyə varmayın.

Günün ikinci yarısında istənilən məsələlərin həllində konstruktiv olun. Məhsuldar işləməyə çalışın. Planları həyata keçirəndə işdən yayınmayın, başqasına heç nəyi həvalə etməyin.

Axşam saatlarında yorulacaqsınız. Real uğurlardan danışmağa dəyməz.

Oxatan - günün əsas problemi reallıqla barışmaq bacarığınızdır. Situasiyanı kökündən dəyişməyə çalışmayın. Yaranmış vəziyyətlə barışmağa çalışın. Problemlər sizi bədbinləşdirməsin. Yaxınlarınıza çox şikayətlənməyin. Onların səbri hüdudsuz deyil.

Günün ikinci yarısında dostları və tanışları unutmayın. Sizi ümumi iş birləşdirir. Yaxın ətrafınızdakı insanlarla münasibətləri qorumağa çalışın. Səy göstərin, çalışın. Zəhmətkeş olun, planlarda zəruri dəyişikliklər edin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - münaqişələr və problemlər zamanıdır. İndiyədək təmaslarının normal olduğu insanlarla qarşıdurma yaranmasına imkan verməyin. Yaxın ətrafınızdakı olan şəxslərlə mübahisə etməyin. Sizi çox tənqid edəcəklər. Bütün sözləri sakit qəbul etməsəniz də, təmkinli və soyuqqanlı davranın. Məhz belə olan təqdirdə bir sıra konfliktiklərdən yan dura bilərsiniz.

Günün ikinci yarısında qohumlarla mübahisələr istisna deyil. Ailə problemlərinin həlli bəzilərinə kompromissiz təsir bağışlayacaq. Lakin az sonra seçdiyiniz yolun səhih olduğunu anlayacaqlar.

Dolça - mühüm məsələləri təhlil etmək, gələcəklə bağlı planlar qurmaq üçün əlverişli zamandır. Nəyə can atdığınızı müəyyənləşdirin. Hədəf və məqsədləri dəqiqləşdirin. Kimsəyə imkan verməyin ki, sizi yolunuzdan sapdırsın. Mövqelərinizi inadla və israrla müdafiə edin. Geri çəkilməyin. Belədə nüfuzlu insanların diqqətini qazana bilərsiniz.

Günün ikinci yarısında planlaşdırılmamış səfər olacaq. Maraqlı tanışlıqlar istisna deyil. Yaşlı qohumlarla ünsiyyət zamanı həssas və diqqətli olun. Onlarla dil tapmaq asan olmasa da, səy göstərin.

Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər.

Balıqlar - ən cəsarətli planlarınızı həyata keçirə bilərsiniz. Yaxşı gəlir əldə etmək, peşəkar fəaliyyət müstəvisindəki mövqeləri möhkəmlətmək imkanları var. Xərclərə və məsrəflərə hazır olun. Gərəkli, bahalı əşya və ya avadanlığın satın alınmasında simiclik etməyin.

Qohumlarınızdan birinə yardım etməli olacaqsınız.

Günün ikinci yarısında yaxınlarınızdan birinə verdiyiniz vədə əməl edin. Əks təqdirdə inciklik və ya fikir ayrılıqları yarana bilər. Anlaşılmazlığı sürətlə aradan qaldırın.

Milli.Az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi