hia.az
hia.az

Misir mətbuatı Heydər Əliyevdən yazdı

57 dəfə baxılıb 9-08-2023, 13:09

Misir mətbuatı Heydər Əliyevdən yazdı


Misirin “Rayetmısr”, “Əlqraralaraby”, Əlalmelaraby”, “Əxbarelnaselyoum”, “Əlrayes” mətbuat orqanlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.

Türk Ağsaqqalları Birliyinin təsisçisi, “Missiya” Media Qrupunun rəhbəri Ramin Əhmədovun müəllifi olduğu “Ulu Öndərin xüsusi diqqət yetirdiyi Misir Ərəb Respublikası: münasibətlərin qurulması və inkişafı” sərlövhəli məqalədə Misir-Azərbaycan münasibətlərinin qurulması və inkişafında ümummilli liderin rolundan bəhs olunub.

Məqalədə əlaqələrimizin inkişafında faktlara geniş yer verilib. Müəllif dost ölkə olan Misirin həm ölkəmizin ərazilərinin işğalı dönəmində, həm də qələbədən sonrakı dövrdə Azərbaycana verdiyi siyasi dəstəyi vurğulayıb.

Bildirlib ki, Qahirə ilə əlaqələrin inkişafı sahəsində ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, Misir Prezidenti Əbdülfəttah Sisinin bu il Azərbaycana etdiyi səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi