hia.az
hia.az

Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı - Xəsarət alanlar var (FOTOLAR)

105 dəfə baxılıb 8-08-2023, 11:57

Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı - Xəsarət alanlar var (FOTOLAR)


Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

"Unikal"ın məlumatına görə, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Avtobusda olan sərnişinlərə tibbi yardım göstərmək üçün hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi