hia.az
hia.az

Şəhid ailələrinə daha bir güzəşt hüququ verilir

57 dəfə baxılıb 5-08-2023, 13:51

Şəhid ailələrinə daha bir güzəşt hüququ verilir

“Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, artıq 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin övladlarına da əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ müəyyənləşdiriləcək. İndiyə qədər sadəcə bu güzəşt hüququ onların valideynləri və arvadlarına (ərlərinə) şamil edilirdi.

Həmçinin, qərara əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə əsasında əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi