hia.az

Sabiq vitse-prezidentlərə SOCAR-da vəzifə verildi

163 dəfə baxılıb 1-08-2023, 10:30

Sabiq vitse-prezidentlərə SOCAR-da vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.

Parlamentinsesi.az Report-a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.

Qeyd edək ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, “SOCAR Türkiyə” və “SOCAR Ukrayna” şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev SOCAR-ın 5 vitse-prezidentinin vəzifələrindən azad olunmaları ilə bağlı Sərəncam imzalayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi