hia.az

Göyçayda ev yandı, xəsarət alan var

114 dəfə baxılıb 14-07-2023, 17:45

Göyçayda ev yandı, xəsarət alan var


Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Bu gün saat 18:00 radələrində Göyçay şəhərinin İbrahim Göyçaylı küçəsində yerləşən iki mərtəbəli evdə yanğın hadisəsi baş verib. "Unikal"ın məlumatına görə hadisə zamanı evlə yanaşı içərisindəki əşyalar tamamailə yanaraq yararsız hala düşüb. Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını almağa çalışırlar. Yanğın zamanı ev sahibi Oqtay adlı şəxs yanıq xəsarətləri alıb, hadisə yerinə Göyçay rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının işçiləri cəlb olunub, vətəndaşa tibbi yardım göstərilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi