hia.az
hia.az

Azərbaycanda Məmməd və Mamed adlarına qadağa qoyulub? - AÇIQLAMA

96 dəfə baxılıb 10-07-2023, 10:01

Azərbaycanda Məmməd və Mamed adlarına qadağa qoyulub? - AÇIQLAMA


"Bu barədə məlumatı kim yazıbsa, biz onu təkzib edirik. Adların qadağan olunması ilə bağlı verilən məlumat tamamilə yanlışdır".

Bunu "Unikal"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova Məmməd və Mamed adlarının qadağan olunması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, Komissiyanın adların verilməsini qadağan etməyə ixtiyarı yoxdur:

"Adlar qeydiyyat idarələrində verilir. Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin tərkibində qeydiyyat idarələri fəaliyyət göstərir və adlar orada yazılır. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında qeydiyyat idarələrindən həmin adların necə yazılması, ədəbi dilin normaların uyğun olub-olmaması bağlı məktub daxil olursa, həmin məktuba ədəbi dil normalarından çıxış edərək cavab veririk. Sadəcə olaraq 2015-ci ildə Muhammed, Məhəmməd adının hansı formada yazılışı müəyyənləşdirmişik. Ədəbi dil normalarının qaydalarına görə Məhəmməd formasında yazılır. Bir daha bildirmək istərdim ki, Məmməd və Mamed adlarının qadağan olunması ilə bağlı verilən məlumat tamamilə yanlışdır".

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda Məmməd və Mamed adlarına qadağa qoyulması ilə bağlı məlumat paylaşılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi