hia.az
hia.az

TƏBİB ana və körpə ölümü barədə məlumat yaydı

102 dəfə baxılıb 8-07-2023, 11:10

TƏBİB ana və körpə ölümü barədə məlumat yaydı

Lənkəranda gənc qadın əməliyyatdan sonra ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyulun 7-si Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Qurbanzadənin “vaxtından əvvəl doğuş təhlükəsi” diaqnozu ilə Lənkəran regional Perinetal Mərkəzinə daxil olub. O, cərrahi əməliyyatdan sonra ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkərandakı ana ölümü ilə bağlı məlumat yayıb.

Bildirilib ki, iyulun 7-si saat 05:49 radələrində hamiləliyin 24-cü həftəsində olan 1995-ci il təvəllüdlü Lənkəran rayon Kərgəlan kənd sakini Qurbanzadə Aygün İlham qızı vaxtından əvvəl doğuş təhlükəsi, ciftin vaxtından əvvəl hissəvi ayrılması, kəskin qanaxmanın başlanması diaqnozu ilə Lənkəran Regional Perinatal Mərkəzinə yerləşdirilib.

Qeyd edilib ki, reanimasyon və cərrahi tədbirlərə baxmayaraq, ana və körpənin həyatını xilas etmək mümkün olmayıb. Hazırda baş verən ölüm hadisəsi ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi