hia.az
hia.az

Baş nazir “Heydər Əliyev adına təqaüd”lə bağlı sərəncam imzaladı

93 dəfə baxılıb 7-07-2023, 10:27

Baş nazir “Heydər Əliyev adına təqaüd”lə bağlı sərəncam imzaladı

Baş nazir Əli Əsədov “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 3940 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi