hia.az
hia.az

"Milyonların şousu"nda 5000 AZN qazanan müəllim vəfat etdi - VİDEO

104 dəfə baxılıb 1-07-2023, 10:09

"Milyonların şousu"nda 5000 AZN qazanan müəllim vəfat etdi - VİDEO


Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli məktəbin tarix müəllimi, jurnalist Rəna Məmmədova vəfat edib.

Bu barədə onun şagirdlərindən biri, jurnalist Süleyman Həmidov şəxsi feysbuk hesabında yazıb:

"Bir neçə gün öncə qürurla uğuruna sevindiyimiz müəlliməmizin bu gün haqq dünyasına qovuşduğuna dair xəbərini almaq olduqca çətindir. Rəna müəllimin mənim, Şabran rayonundan olan yüzlərlə gəncin üzərində çox böyük əməyi, zəhməti var. Vaxtsız gedişi həm bizə, həm də rayon təhsilinə ağır itki oldu. Ondan geriyə isə özünün də həmişə dediyi kimi, etdiyi yaxşılıqlar və xoş xatirələrdir qaldı. Ruhunuz şad olsun, əziz müəllimə..."

Rəna Məmmədovanın ölüm səbəbinin yüksək təzyiq olduğu bildirilir.

Xatırladaq ki, Rəna Məmmədova bir neçə gün əvvəl İTV-də yayımlanan "Milyonların şousu"nda iştirak edib, həmin yarışmada 5000 AZN qazanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi