hia.az
hia.az

Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı - YENİ TƏYİNAT

132 dəfə baxılıb 16-06-2023, 20:04

Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı - YENİ TƏYİNAT


Sumqayıt Gömrük İdarəsində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib.

Nəzərə çatdıraq ki, sözügedən vəzifəyə qədər Tariyel Alverdiyev Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.

Qeyd edək ki, bu təyinata qədər sözügedən vəzifədə Baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğlu Coşqun Əhmədzadə çalışıb. O, müvafiq əmrlə sərəncama götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi