hia.az
hia.az

Yol polisi “Son zəng” tədbirləri ilə bağlı valideynlərə müraciət etdi

97 dəfə baxılıb 13-06-2023, 11:10

Yol polisi “Son zəng” tədbirləri ilə bağlı valideynlərə müraciət etdi


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Son zəng" tədbirlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

"Əziz müəllimlər, valideynlər və şagirdlər!

Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq!

Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Lakin, unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.
Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.

Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və bizim üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.

Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq!".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi