hia.az

İstirahət gününün havası: 35 dərəcə isti və leysan

128 dəfə baxılıb 10-06-2023, 16:06

İstirahət gününün havası: 35 dərəcə isti və leysan


Azərbaycan ərazisində iyunun 11-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər zəif duman gözlənilir, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi