hia.az
hia.az

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - XƏBƏRDARLIQ

115 dəfə baxılıb 10-06-2023, 15:13

“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb - XƏBƏRDARLIQ


Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb-səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi