hia.az
hia.az

Talıbovlar “Naxçıvan Bank”dakı bütün paylarını SATDILAR

70 dəfə baxılıb 8-06-2023, 13:12

Talıbovlar “Naxçıvan Bank”dakı bütün paylarını SATDILAR

Azərbaycanın yeganə regional bankı – “Naxçıvan Bank” ASC-nin yeni səhmdarları açıqlanıb.

Parlamentinsesi.az report-a istinadən xəbər verir ki, Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur.

Bundan əvvəl səhmlər Naxçıvan MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olub. Belə ki, onun oğlu Rza Talıbov kredit təşkilatında 63,66%, digər oğlu Seymur Talıbov 20,48%, qızı Baharxanım Talıbova 9,82%, xanımı Sevil Sultanova isə 6,04% paya malik olub.

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi