hia.az

"Səhvlərdən nəticə çıxarmaq lazımdır" - Nazir müavinindən ETİRAF

116 dəfə baxılıb 6-06-2023, 15:58

"Səhvlərdən nəticə çıxarmaq lazımdır" - Nazir müavinindən ETİRAF

"Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır".

Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII Beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Türkiyədə baş verən zəlzələdən sonra xilasedicilərimiz gecə-gündüz, 24 saat fasiləsiz xilasetmə əməliyyatları həyata keçirib", - E.Mirzəyev qeyd edib.

O bildirib ki, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 780 insan cəsədi, 53 sağ insan çıxarılıb:

"Üç mindən artıq insana tibbi, 20 mindən çox insana isə qida yardımı edilib".

Nazir müavini vurğulayıb ki, binaları inşa edən zaman daha çox diqqət etmək lazımdır:

"Türkiyədə baş verən zəlzələ bizim üçün məktəb oldu. Edilən səhvlərdən nəticə çıxarmaq lazımdır. Bina nə qədər möhkəm olsa, insan həyatı üçün təhlükə də az olar" - nazir müavini əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi