hia.az

İran XİN: 7 il sonra Səudiyyə Ərəbistanında diplomatik nümayəndəlik açılacaq

118 dəfə baxılıb 6-06-2023, 11:52

İran XİN: 7 il sonra Səudiyyə Ərəbistanında diplomatik nümayəndəlik açılacaq


İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin pozulmasından 7 il sonra Tehran krallıqdakı diplomatik ofislərini yenidən açacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

Kənaninin sözlərinə görə, iyunun 6 və 7-də İranın Ər-Riyaddakı səfirliyi, Ciddədəki baş konsulluğu və ölkənin İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəliyi öz işini bərpa edəcək.

Diplomat əlavə edib ki, səfirlik və baş konsulluq artıq Səudiyyə Ərəbistanında iranlı zəvvarların vəziyyətini yüngülləşdirən məsələləri həll etməyə başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi