hia.az

İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

119 dəfə baxılıb 24-05-2023, 19:27

İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi


Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi