hia.az

Bayden İlham Əliyevi təbrik etdi

104 dəfə baxılıb 20-05-2023, 13:09

Bayden İlham Əliyevi təbrik etdi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcəkdir.

Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm. Sizə sevincli və firavan Müstəqillik Günü arzu edirəm".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi