hia.az
hia.az

Mirziyoyev Füzulidə açılışa qatılacaq

89 dəfə baxılıb 16-05-2023, 15:51

Mirziyoyev Füzulidə açılışa qatılacaq


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işğaldan azad olunmuş Füzulidə məktəb binasının açılışında iştirak edəcək.

Bunu Bakıda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.

"Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytarıb. Bu gün Qarabağda böyük işlər görülür. Özbəkistan da bu işlərə töhfə vermək üçün Füzulidə ümumi təhsil məktəbinin tikintisini aparır. Özbəkistan prezidentinin Azərbaycana səfəri zamanı məktəbin açılışı olacaq", - deyə spiker vurğulayıb.

Qeyd edək ki, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi