hia.az

SON DƏQİQƏ! Türkiyə səfirinə SİLAHLI HÜCUM edildi

138 dəfə baxılıb 6-05-2023, 19:47

SON DƏQİQƏ! Türkiyə səfirinə SİLAHLI HÜCUM edildi

Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.

Parlamentinsesi.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, səfirin avtomobili atəşə tutulub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xatırladaq ki, aprelin 15-də Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələri (RSF) arasında döyüş başlayıb və nəticədə ölkədə daxili qarşıdurma yaranıb. Tərəflər bu müddət ərzində bir-birinin ardınca elan etdikləri atəşkəs qərarlarının heç birinə əməl etməyiblər. İndiyədək ölkədə 700 nəfər ölüb. Aprelin sonunda elan edilən atəşkəsdən sonra xarici dövlətlər öz vətəndaşlarını təxliyə etməyə başlayıb. Birləşmiş Millətlər Təşkilatının humanitar əlaqələr qurumları ölkədəki fövqəladə vəziyyətə diqqət çəkib.
SON DƏQİQƏ! Türkiyə səfirinə SİLAHLI HÜCUM edildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi