hia.az
hia.az

Laçında çoban minaya düşdü - YENİLƏNİB

73 dəfə baxılıb 12-04-2023, 20:21

Laçında çoban minaya düşdü - YENİLƏNİB


Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizovun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda Laçın rayon prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin bildirilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

*** 15:15

Minatəmizləmə Agentliyi (ANAMA) Laçın rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

Agentlikdən bildirilib ki, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.

Qeyd edilib ki, mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə zamanı bir nəfər mülki şəxs xəsarət alıb.

*** 15I00

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi