hia.az
hia.az

İcra başçısının baş həkim olan qardaşı işdən azad edildi - YENİ TƏYİNAT

117 dəfə baxılıb 8-04-2023, 18:00

[medium]https://www.xeberler.org/uploads/posts/2023-04/1680949760_f9ce2b2d64cdd578826d013b3f940586.jpeg[/medium]

“Şabran Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Aslan Usubov TƏBİB sədri Vüqar Qurbanovun əmri ilə vəzifəsindən azad olunub. Onu bu vəzifədə Səxavət Cəbrayılov əvəz edib.

Parlamentinsesi.az bizim.media-ya istinadən xəbər verir ki, Aslan Usubov faktı təsdiqləyib.

O, Şabran xəstəxanasındakı işindən öz xahişi ilə ayrıldığını bildirib.

Aslan Usubov TƏBİB sədrinin digər əmri ilə Bakıdakı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına direktor təyin olunduğunu deyib.

Qeyd edək ki, Aslan Usubov Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun qardaşıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi