hia.az
hia.az

Həyat yoldaşı Fazil Mustafanın son durumunu AÇIQLADI

115 dəfə baxılıb 3-04-2023, 13:26

Həyat yoldaşı Fazil Mustafanın son durumunu AÇIQLADI


Ötən həftə yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafanın vəziyyəti qaydasındadır.

Bunu Modern.az-a açıqlamasında deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva bildirib.

“Şükür Allaha, bu gün vəziyyəti yaxşıdır, stabildir. Biz hələ ki xəstəxanadayıq. Evə nə zaman buraxılacağı ilə bağlı həkimlər hər hansı məlumat verməyiblər. Biz ayrı palatalarda qalırıq, həkimlər çox adamı xəstənin yanında qalmağa qoymur”, - deyə deputatın xanımı vurğulayıb.

Qeyd edək ki, martın 28-i axşam saaatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Ötən gün keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi