hia.az

Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”

108 dəfə baxılıb 29-03-2023, 13:57

Aqil Abbas: “Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür”


“Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər”.

Bu sözləri Baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.

Onun sözlərinə görə, buna səbəb son zamanlar Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin cinayətkarlara qarşı böyük əməliyyatlar həyata keçirməsidir:
“Təbii ki, bu, terror hadisəsidir. Fazil Mustafa təkcə ictimai siyasi xadim deyil, o həm də Azərbaycanda qeyri-adi ziyalıdır. Fazil Mustafaya edilən hücum aranı qarışdırmaq üçündür. Deputatı vurmaqla, qətlə yetirməklə ölkədə sabitliyi pozmaq istəyirlər. Amma buna gücləri çatmayacaq. Deputatı vurmaq elə-belə hadisə deyil. Qarışıqlıq salmaq məqsədilə edilib. İnanıram ki, tezliklə bu cinayətin üstü açılacaq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi