hia.az

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

126 dəfə baxılıb 3-03-2023, 12:05

Polisə müqavimət göstərən şəxsə atəş açıldı


Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstəriblər, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi