hia.az

"Biz də səhv edə bilərik" - Ərdoğan vətəndaşlardan halallıq istədi

138 dəfə baxılıb 27-02-2023, 20:23

"Biz də səhv edə bilərik" - Ərdoğan vətəndaşlardan halallıq istədi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən əziyyət çəkən Adıyaman bölgəsində görülən işlərin lazımi səviyyədə görülməməsinə görə xalqdan halallıq istəyib.

Bu barədə Türkiyə lideri Adıyamanda keçirdiyi iclasda bildirib.

O, şəhərlərin elm adamları ilə razılaşdırılaraq bir il ərzində yenidən qurulacağını açıqlayıb.

"Bu gün 21-ci günü geridə qoyuruq, 22-ci gündəyik. Böyük fəlakətdən sonra biz 10.000 afterşok yaşadıq. Biz hər şeydən xəbərdarıq və lazım olanı etdiyimizə heç bir şübhə olmamalıdır. Yeraltı təkanların dağıdıcı təsiri və mənfi hava şəraiti səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz kimi işləyə bilmədik. Bunun üçün vətəndaşlardan halallıq istəyirəm. Bütün insanlar kimi, biz də səhv edə bilərik. Ancaq millətimiz üçün gecə-gündüz çalışırıq.

Adıyamanda 16 minə yaxın konteyner quracağıq. Hər kəsə 15 min lirə köçürmə yardımı edirik", - deyə Ərdoğan qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi