hia.az
hia.az

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

74 dəfə baxılıb 22-02-2023, 17:19

Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında fevralın 23-də günün ikinci yarısında şimal küləyi 15-20 m/s, 24-də arabir 23-28 m/s-yə çatacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Belə ki, fevralın 23-ü axşama doğru arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə sulu qara keçəcəyi, 24-də gün ərzində fasilələrlə sulu qar, axşam tədricən kəsiləcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-də gecə və səhər əsasən şimal və qərb rayonlarında, 23-ü axşama doğru və 24-də əksər rayonlarda arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Fevralın 22-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi