hia.az

Bakı-Sumqayıt yolunda yanğın - VİDEO

130 dəfə baxılıb 18-02-2023, 14:23

Bakı-Sumqayıt yolunda yanğın - VİDEO


Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 129 ünvanında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yanğınla bağlı məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus tikilidə baş verdiyi və genişlənərək bitişik digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 700m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 120m2 sahədə, içərisində olan bəzi əşyalar yanıb.

Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi