hia.az
hia.az

Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ

93 dəfə baxılıb 17-02-2023, 13:27

Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ


Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə olan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərindən Hataya yola düşüb.

Qardaş ölkədə qeydə alınmış təbii fəlakətin aradan qaldırılması üçün FHN-in 114 nəfərdən ibarət şəxsi heyəti Hataya gedib.

Eyni zamanda Hatay şəhərinə xilasedicilərlə yanaşı FHN-in xüsusi təlim keçmiş 2 baş iti də aparılıb.

Azərbaycanın xilasediciləri orada axtarış-xilasetmə əməliyyatları həyata keçirəcəklər.

Hazırda FHN-in digər qrupları Kahramanmaraşın müxtəlif ərazilərində axtarış-xilasetmə işlərinı davam etidirir.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 760 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.

İndiyədək Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin meyitini çıxarıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi