hia.az
hia.az

"Ölməmək üçün anamın çiçəklərini yedim" - Dağıntılar altından sağ çıxan oğlan

114 dəfə baxılıb 10-02-2023, 20:17

"Ölməmək üçün anamın çiçəklərini yedim" - Dağıntılar altından sağ çıxan oğlan


Qaziantepdə zəlzələ nəticəsində 5 mərtəbəli yaşayış binası tamamilə dağılıb.

Ərazidə axtarış-xilasetmə işləri davam edir. Belə ki, 94 saat sonra dağıntılar altında sağ çıxarılan 17 yaşlı Adnan Muhammet Korkut mətbuata danışıb.

O, bu 94 saat ərzində yaşadığı anları yerli KİV-lə bölüşüb:

"Zəlzələ olanda salonda idim. Bir anlıq özümü dağıntılar altında tapdım. Üşüməmək üçün üzərimə adyal atdım. Dağıntılar altından çıxmaq üçün çox çalışdım, amma bacara bilmədim. Günlərlə hərəkət etmədən orada qaldım. Aclıqdan ölməmək üçün anamın çiçəklərini yedim, su olaraq da öz idrarımı içdim. Telefonum çəkmirdi. Sakitcə AFAD-ın gəlməsini gözlədim. Anam və atamdan xəbərim yox idi. Sadəcə itimin səsini eşidirdim. Çoxlu dua edirdim. Şükürlər olsun ki, 94 saat sonra dağıntılar altından çıxarıldım".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi