hia.az
hia.az

“Türk Hava Yolları”: Yaxınları ilə görüşmək istəyən vətəndaşlarımız üçün əlavə reyslər açmağa hazırıq

117 dəfə baxılıb 6-02-2023, 14:16

“Türk Hava Yolları”: Yaxınları ilə görüşmək istəyən vətəndaşlarımız üçün əlavə reyslər açmağa hazırıq


“Xilasetmə işlərinə köməklik göstərməyə hazır olan qruplarımız və yaxınları ilə görüşmək istəyən vətəndaşlarımız üçün əlavə təyyarə reyslərini həyata keçirməyə hazırlaşırıq”.

Bu sözləri “Türk Hava Yolları”nın mətbuat müşaviri Yəhya Üstün özünün “Twitter” hesabında yazıb.

Yəhya Üstün əlavə edib ki, zəlzələdən zərər çəkmiş bölgələrə bilet alan sərnişinlər öz uçuş vaxtlarını pulsuz dəyişdirə və ya, ümumiyyətlə, səfərlərini ləğv etdirə bilərlər.

Xatırladaq ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:17-də qeydə alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi