hia.az
hia.az

Beyrutdakı partlayışa görə həbs edilənlər sərbəst buraxıldı

114 dəfə baxılıb 26-01-2023, 13:03

Beyrutdakı partlayışa görə həbs edilənlər sərbəst buraxıldı


Livanın Apellyasiya Məhkəməsi Beyrut limanında baş verən partlayış nəticəsində saxlanılanların azadlığa buraxılmasına qərar verib.

Livanın rəsmi agentliyi olan NNA-da yer alan məlumata görə, Apellyasiya Məhkəməsinin Baş prokuroru Qassan Uvaydat, liman partlayışında mühakimə olunan bütün məhbusların "istisnasız olaraq" azadlığa buraxılmasını əmr edib.

Bildirilir ki, təqsirləndirilən şəxslərin yenidən həbsi və ya məhkəməyə çağırılması artıq Ali Məhkəmə Şurasının səlahiyyətindədir.

Qeyd edək ki, 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında iki ardıcıl partlayış baş verib. Hadisə nəticəsində ən azı 192 nəfər ölmüş, 5 min nəfər yaralanmış, 80 nəfər itkin düşmüşdü.

Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyak – ammonyak turşusu ilə əlaqələndirib. Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi