hia.az

İran Avropa Parlamentini qeyri-peşəkarlıqda ittiham etdi

112 dəfə baxılıb 19-01-2023, 15:13

İran Avropa Parlamentini qeyri-peşəkarlıqda ittiham etdi


İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.

Parlmetinsesi.az İRNA agentliyinə istinadən xəbər verir ki, tərəflər Avropa Parlamentinin İrana qarşı qətnamə layihəsini qəbul etməsindən sonra fikir mübadiləsi aparıb.

Abdullahian Avropa Parlamentinin gərgin və emosional yanaşmasını sərt şəkildə tənqid edərək, bunu düşünülmüş və yanlış davranış hesab edib: "Təəssüf ki, bu gün biz Avropa Parlamentinin emosional, sərt və qeyri-peşəkar, rasionallığa və sivilliyə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin şahidi olduq".

Onun sözlərinə görə, diplomatiya aləmində qarşılıqlı təhlükəsizliyə hörmət edilməli, təhdid və qeyri-dost hərəkətlərin dilindən getmək əvəzinə, qarşılıqlı etimadın artırılması gündəmdə olmalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi