hia.az

Nikah yaşı il bağlı 1 yaş güzəştin ləğvi üçün parlamentə təklif təqdim edildi

136 dəfə baxılıb 18-01-2023, 15:39

Nikah yaşı il bağlı 1 yaş güzəştin ləğvi üçün parlamentə təklif təqdim edildi


“Uşaqlara qarşı zorakılıq faktları ilə bağlı məsuliyyət növünün qəbul edilməsinə çox böyük ehtiyac var”.

Bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, bu, xüsusilə uşaqlara qarşı cinsi zorakılıqla bağlı qəbul edilməlidir: “Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir. Eyni zamanda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi