hia.az
hia.az

Tibbi fəaliyyətlə məşğul olan bu şəxslər cərimələnəcək

68 dəfə baxılıb 17-01-2023, 15:30

Tibbi fəaliyyətlə məşğul olan bu şəxslər cərimələnəcək


Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərlə bağlıdır. “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, bu fəaliyyət 2 formada - özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan xüsusi razılıq əsasında müvafiq ixtisasa uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət hesab edilir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Tibb fəaliyyəti sahəsində vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi müəyyən edilib. Həmin şəxslər tərəfindən verilən çeklər əsasında ödənilmiş ƏDV-nin bir hissəsi tibb xidmətlərinin istehlakçılarına geri qaytarılacaq. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini müəyyən olunmuş limitdən artıq nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi