hia.az

"Paşinyan bəyanat versə..."

124 dəfə baxılıb 16-01-2023, 12:20

"Paşinyan bəyanat versə..."


Əgər Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması prosedurunun başlandığını bəyan etsə, bu, Moskva-İrəvan münasibətlərinin korlanmasında yeni mərhələ olacaq. Biz bilirik ki, bu kimi məsələlər hazırda İrəvan tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.

Parlamentinsesi.az axar.az-a istinadən bildirir ki, bunu Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.

"Moskva-İrəvan münasibətlərindəki problemlər nə dünən, nə də Paşinyan dövründə yaranıb, bu məsələlər daha əvvəl olub, Paşinyan dövründə daha da güclənib", - o bildirib.

Areşev qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməlidir:

"İrəvan-Ankara münasibətlərinin nizamlanması üçün məsləhətləşmələr aparılır, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair danışıqlar gedir və bütün bunlar kifayət qədər ciddidir. Ötən ilin sonunda sülh müqaviləsinin bağlanması perspektivi ilə Paşinyanla Əliyev arasında sammitin hazırlanması məsələsi gündəmdə idi. Lakin sonra nəsə problem yarandı".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi