hia.az
hia.az

Azərbaycanda bu şəxslər 300 manat cərimə olunacaq

100 dəfə baxılıb 14-01-2023, 15:27

Azərbaycanda bu şəxslər 300 manat cərimə olunacaq


Ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əlavə edilən yeni - 562-1-ci maddəyə əsasən, ölümün qeydə alınmasının pozulmasına görə cərimə müəyyənləşib.

Belə ki, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.

Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə də vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi