hia.az

"İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır" - Rusiya XİN

128 dəfə baxılıb 12-01-2023, 20:05

"İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır" - Rusiya XİN

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) "Sarsılmaz Qardaşlıq - 2023" təlimlərini Ermənistan ərazisində keçirməməsi təşkilatın müttəfiqləri üçün müəyyən çətinliklər yaradır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Aydındır ki, bu məsələdə Ermənistan mövcud vəziyyəti nəzərə alaraq silahlı qüvvələrinin qarşısında duran prioritet vəzifələr əsasında fəaliyyət göstərməkdə davam edir. Xatırlatmaq istərdim ki, ötən il Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Qazaxıstanda keçirilən birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Bu, əlbəttə ki, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən cızmağa məcbur edir", - Zaxarova deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi