hia.az
hia.az

Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü

95 dəfə baxılıb 9-01-2023, 15:43

Azərbaycanda toya gedən ailə dəhşətli qəzaya düşdü - 3 nəfər öldü


Ötən gün Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Mingəçevir-Bəhramtəpə yolunun Xocavənd qəsəbəsi ərazisindən keçən 98-ci kilometrliyində “VAZ 2107” markalı avtomobil “Mercedes Atego” markalı yük maşınına çırpılıb.

Nəticədə “VAZ”da olan sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hadisəyə “VAZ 2107”nin idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılması səbəb olub. Dəhşətli qəzaya düşən ailə üzvləri Beyləqan istiqamətində toya gedirmiş.

Faktla bağlı araşdırmalar aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi