hia.az
hia.az

Səmayə Həşimova: “Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun”

120 dəfə baxılıb 2-01-2023, 15:49

Səmayə Həşimova: “Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun”


“Bu gün Polad Həşimovun ad günüdür. Oğlum yaşasaydı 48 yaşı olacaqdı”.

Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Şəhidlər xiyabanında oğlunun 48-ci doğum günü münasibətilə təşkil edilən mərasim zamanı deyib.

O bildirib ki, şəhid anaları bu gün Poladın xatirəsini yad edirlər:

“Bütün şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun. Şəhid anaları Qarabağımızı azad edən igid oğulları yetişdiriblər. Bir daha belə itkilərimiz olmasın. Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi