hia.az

Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini VƏZİFƏSİNDƏN AZAD ETDİ

164 dəfə baxılıb 27-12-2022, 13:27

Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini VƏZİFƏSİNDƏN AZAD ETDİ


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

"Unikal"


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi