hia.az

Şuşada inşa edilən məktəb nə vaxt təhvil veriləcək?

136 dəfə baxılıb 24-12-2022, 18:15

Şuşada inşa edilən məktəb nə vaxt təhvil veriləcək?


“Növbəti tədris ilinin əvvəlində Şuşa şəhərində inşa edilən məktəb təhvil veriləcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

Suqovuşanda artıq məktəbin tikintisinin başa çatdığını vurğulayan nazir söyləyib ki, azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək:

“Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir”.

E.Əmrullayev Şuşa Realnı Məktəbinin bərpasına artıq başlanıldığını bildirib.(report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi