hia.az
hia.az

Vasif Talıbovun malikanəsi bundan sonra qorunmayacaq – Qarovul postu ləğv olundu

129 dəfə baxılıb 19-12-2022, 18:35

Vasif Talıbovun malikanəsi bundan sonra qorunmayacaq – Qarovul postu ləğv olundu


Naxçıvan MR Ali Məclisinin sədri Vaqif Talıbovun şəxsi evinin polislər tərəfindən qorunmasına son qoyulub.

Ovqat.com-un məlumatına görə, Talıbovun evinin dövlət əhəmiyyətli obyekt kimi mühafizəsi dünəndən dayandırılıb.

Bildirilir ki, Vasif Talıbovun malikanəsi indiyədək 9 polis tərəfindən növbəli şəkildə mühafizə olunurmuş. Hər 2 gündən bir 3 polis əməkdaşı növbə dəyişirmiş.

Dünəndən isə Ali Məclis sədrinin evinin qarşısındakı polis postu ləğv olunub. Evin qarovulçuları dünən Naxçıvan şəhər Polis İdarəsinin Post-Partul Xidmətinə çağırılıb və onlara artıq qanuni iş yerlərinə qayıtmaları barədə göstəriş verilib. Qarovulçu polislərini heyrətləndirən bu əmr Post-Patrul Xidmətinin komandiri Hümbət Allahverdiyev tərəfindən rəsmən elan olunub.

Ovqat.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi