hia.az
hia.az

Dəniz və Liman Agentliyindən gəmilərə XƏBƏRDARLIQ

59 dəfə baxılıb 19-12-2022, 17:04

Dəniz və Liman Agentliyindən gəmilərə XƏBƏRDARLIQ


Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

Məlumata əsasən sabahdanXəzər dəniz akvatoriyasında başlayacaq küləyin dekabrın 21-nə kimi davam edəcəyi praqnozlaşdırılır. Həmin günlər ərzində şimal-qərbküləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı praqnozlaşdırılır.

Hidrometeroloji hadisə ilə bağlı daxil olan məlumatlar təcili olaraqGəmilərin Hərəkətinin İdarəetmə Mərkəzinin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlər həyata keçirilib. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi və xidmətin gücləndirilməsi ilə bağlı dərhal təlimatlandırılıb.

Bununla yanaşı, Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Hazırda Dövlət Dəniz və Liman Agentliyinin Gəmilərin Hərəkətinin İdarəetmə Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi