hia.az
hia.az

Gələn ilin büdcəsi parlamentin süzgəcindən keçdi - RƏQƏMLƏR

91 dəfə baxılıb 9-12-2022, 14:33

Gələn ilin büdcəsi parlamentin süzgəcindən keçdi - RƏQƏMLƏR


Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentinsesi.az-ın məlumatına əsasən, layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 milyard 773 milyon 978 min manat, xərclər isə 33 milyard 353 milyon 278 min manat həcmində proqnozlaşdırılır.

Yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçiriləcək.

Gələn ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının gəlirlərində, ləğv olunmuş komitənin xətti ilə 53,2 milyon manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi zərurəti yaranıb.

Həmçinin Naxçıvan Muxtar Respublikanın ləğv edilmiş gömrük komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanılması üçün tələb olunan 20,6 milyon manat vəsait muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılıb.

Beləliklə, 2023-cü ildə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artırılaraq 482,4 milyon manat təşkil edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi