hia.az

“Instagram”da YENİLİK

136 dəfə baxılıb 8-12-2022, 19:06

“Instagram”da YENİLİK


“Instagram” sosial şəbəkə platforması paylaşımları planlamaq funksiyasını işə salacaq.

"Instagram” bloq saytındakı açıqlama ilə paylaşımları planlama xüsusiyyətini aktivləşdirəcəyini açıqlayıb.

Bu yenilikdən sonra istifadəçilər fotoşəkilləri, videoları və videoçarxları vaxtından əvvəl planlaşdıra biləcəklər. Yeni funksiya istifadəçilərə paylaımları 75 günə qədər əvvələ planlaşdırmağa imkan verəcək.

Xüsusilə iş hesabları üçün çox faydalı ola biləcək bu xüsusiyyət sayəsində yazılar çox əvvəldən planlaşdırıla və yeri gələndə paylaşıla bilər.

“Instagram”-da postunuzu planlaşdırmaq üçün aşağıdakıları etməlisiniz

1. “Instagram”-a daxil olun.

2. Paylaşım yarat üzərinə toxunun.

3. Yaradacağınız postu və ya reels postunu seçin və redaktə edin.

4. Sonra Qabaqcıl Parametrlərə keçin.

5. Cədvəl bölməsini seçin.

6. 75 gün ərzində istədiyiniz tarix və vaxtı seçin.

7. Bitti deyərək yazı yaradın və arxa bölməni seçərək paylaşım səhifəsinə qayıdın.

8. Göndərməni planlaşdırmaq üçün cədvəl üzərinə klikləyin.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi