hia.az

İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi

136 dəfə baxılıb 7-12-2022, 16:17

İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi


İranın Kərəc şəhərində yaşayan həkim Həmid Qarahəsənli barəsində ölüm hökmü verilib.

Parlamentinsesi.az “BBC”yə istinadən xəbər verir ki, 53 yaşlı radioloq Həmid Qarahəsənli İranda keçirilən etiraz aksiyalarında SEPAH-a bağlı olan “Bəsic” qüvvələrinin üzvünün bıçaqlanaraq öldürülməsi işi üzrə ittiham edilərək edam cəzasına məhkum edilib.

H. Qarahəsənlinin həyat yoldaşı, 46 yaşlı Fərzanə Qarahəsənli isə 25 il müddətə azadlıqdan məhrum edilib.

Yerli media sözügedən cütlüyün azərbaycanlı olmasını iddia edir.

Qeyd olunur ki, ailə ölkədəki etirazlar zamanı öldürülən Hədis Nəcəfi adlı qadının 40 mərasiminə qatıldıqdan sonra saxlanılıblar. Daha sonradan cütlüyə qarşı ittihamlar irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi