hia.az
hia.az

Kəlbəcərdə əsgərimiz intihar etdi - Foto

65 dəfə baxılıb 6-12-2022, 17:04

Kəlbəcərdə əsgərimiz intihar etdi - Foto


Kəlbəcərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri intihar edib.

Parlamaentinsesi.az Respublika Hərbi Prokurorluğuna istinadən xəbər verir ki, hərbi qulluqçu, əsgər Əziməmmədov Nahid Mahir oğlunun dekabrın 5-i odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib: “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi