hia.az
hia.az

Vasif Talıbovun oğlu vəzifəsindən azad edilib? - AÇIQLAMA

68 dəfə baxılıb 30-11-2022, 16:26

Vasif Talıbovun oğlu vəzifəsindən azad edilib? - AÇIQLAMA


Sosial şəbəkələrdə Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq universitetdən bildirilib ki, bu barədə hələ heç bir rəsmi qərar yoxdur:

"Bu barədə heç bir fakt, qərar yoxdur. Bu səbəbdən məlumatın doğru və ya yanlış olduğunu deyə bilmirik", - cavabda qeyd edilib.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.

O, 1988-ci ilin yanvarın 19-da Naxçıvan şəhərində anadan olub. 1994-2003-cü illərdə Naxçıvan şəhər 12 saylı orta məktəbdə təhsil alıb.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr alıb, ardınca 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə qiyabi magistratura təhsili alıb.
Həmçinin Talıbov 2009-2010-cu illərdə magistratura təhsilini İngiltərənin London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirib. 2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim işləyir.

2012-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq üzrə qiyabi doktorant olub, dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2017-ci ildən NDU-nun dosenti, 2011-ci ildən YAP-ın üzvüdür. 2015-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

1 monoqrafiya və 11-dən çox elmi məqalənin müəllifidir.

Metbuat.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi